Yaponiyanın şimalında güclü yağışlara görə 10 mindən çox sakinə təxliyə xəbərdarlığı göndərilib

Tokio, 16 avqust , /AJMEDIA/

Avqustun 16-da Yaponiyanın şimalında yerləşən Hokkaydo adasının 10 mindən çox sakininə güclü yağışlarla bağlı təxliyə xəbərdarlığı göndərilib.
AJMEDIA NHK telekanalına istinadla xəbər verir ki, güclü yağıntılar səbəbindən prefekturanın ərazisində torpaq sürüşmələri və daşqınlar gözlənilir. Bildirilir ki, son sutkada prefekturada rekord həddə yağıntı qeydə alınıb. Son 12 saatda prefekturanın qərbində yerləşən Okuşiri şəhərində 162 millimetr yağıntı düşüb. Bu, həmin rayonda avqust ayı üzrə orta illik yağıntı normasına bərabərdir.
Telekanalın bildirdiyinə görə, Hokkaydonun mərkəzi hissəsində yerləşən Şimuzu şəhəri yaxınlığında baş verən torpaq sürüşməsi 20-dək avtomobilin hərəkətinin qarşısını kəsib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Meteoroloqların proqnozlarına görə Hokkaydo adasında güclü yağışlar avqustun 16-da axşam saatlarınadək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts