Yaponiyanın şimal-şərq sahillərində 5,4 bal gücündə zəlzələ olub

Tokio, 6 iyul , /AJMEDIA/

İyulun 6-da yerli vaxtla saat 05:10-da Yaponiyanın şimal-şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Miyaqi prefekturasında, ocağının isə 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts