Yaponiyanın Sakuracima vulkanı aktivləşməyə başlayıb

Tokio, 8 fevral , /AJMEDIA/

Yaponiyanın cənub-qərbində Sakuracima vulkanı püskürüb. Qeyd olunur ki, fevralın 8-də səhər Kaqoşima prefekturasında yerləşən Sakuracima aktivləşməyə başlayıb.

AJMEDIA xəbər verir ki, yerli meteoroloji rəsədxananın məlumatına görə, vulkanın püskürmə hündürlüyü 1 000 m olub.

Məlumatda, həmçinin qeyd olunub ki, səhər saatlarında Kyuşu adasından bir qədər aralıda, Filippin dənizində 4,0 bal gücündə zəlzələ də baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts