Yaponiyanın rəqəmsallaşma naziri baş nazir postuna namizədliyini irəli sürüb

Tokio, 26 avqust, /AJMEDIA/

Yaponiyanın rəqəmsallaşma naziri Taro Kono hakim Liberal-Demokrat Partiyasının (LDP) sədri vəzifəsinə namizədliyini irəli sürüb. Sentyabrın 27-də keçiriləcək partiya seçkilərinin qalibi ölkənin növbəti baş naziri olacaq.

AJMEDIA xəbər verir ki, Kono öz qərarını xüsusi mətbuat konfransında açıqlayıb.

Sabiq iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayaşi və sabiq müdafiə naziri Şiqeru İşiba artıq namizədliklərini açıqlayıblar. Bundan əlavə, LDP sədri seçkilərində iştirak etmək planını açıqlayan xarici işlər naziri Yoko Kamikava da namizədliyi üçün lazım olan dəstəyi təmin edib. Yaponiyada ümumilikdə 11 siyasətçi hakim partiyanın sədri postuna potensial namizəd hesab olunur.

Xatırladaq ki, hazırkı Baş nazir Fumio Kişida qarşıdakı seçkilərdə namizədliyini irəli sürməyəcəyini və hökumət başçısı postunu tərk edəcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts