Site icon AJMEDIA Azərbaycanca

Yaponiyanın “Panasonic” və “Yamaha Motor” şirkətləri Rusiyaya ixracı dayandırır

Tokio, 5 mart , /AJMEDIA/

Yaponiyanın “Panasonic” və “Yamaha Motor” şirkətləri Ukrayna ətrafında vəziyyətlə əlaqədar yaranan logistik problemlərə görə Rusiyaya ixracı dayandırır.

AJMEDIA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiyanın “Panasonic” elektron nəhəngi cari ayda xaricdəki istehsal bazalarından məişət texnikasının tədarükünün dayandırılacağını elan edib. Apreldə vəziyyətin yenidən araşdırılacağı bildirilib. Şirkət, həmçinin Ukraynada əziyyət çəkən insanlara yardım olaraq 20 milyon yen (175 min dollar) vəsait ianə etdiyini də qeyd edib.

“Yamaha Motor” şirkəti isə Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar motosikllərin, qar skuterlərinin və mühərriklərin tədarükünün dayandırılacağını elan edib.

Exit mobile version