Yaponiyanın oyuncaqlar şirkəti Ayın səthinə minirobot göndərməyi planlayır

Tokio, 16 mart , /AJMEDIA/

Yaponiyanın oyuncaqlar istehsal edən “Tomy” şirkəti Ayın səthində tədqiqatlar aparmaq üçün kiçik transformer robotunu ictimaiyyətə təqdim edib.

AJMEDIA xəbər verir ki, 8 santimetr diametrində olan “Sora-Q” adlı robotun ümumi çəkisi 250 qramdır. “Tomy”, Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və “Sony Group” korporasiyası bu robotun hazırlanmasına təqribən altı il vaxt sərf ediblər.

Bildirilir ki, elliptik formada olan robotun korpusu təkərlər formasına düşərək onun Ayın səthində hərəkət etməsinə imkan yaradır. Həmçinin “Sora-Q” Ayda çəkilişlər aparmaq üçün ön və arxa kameralarla təchiz edilib.

“Tomy” şirkətinin əməkdaşı qeyd edib ki, oyuncaqlar şirkəti kosmik zonda yerləşə biləcək robotun hazırlanmasında iştirakdan məmnundur.

Həmin robotun qarşıdakı 12 ayda iki dəfə Aya göndərilməsi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts