Yaponiyanın Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ olub

Tokio, 4 yanvar, /AJMEDIA/

Yanvarın 4-də yerli vaxtla səhər saat 6:09 dəqiqədə Yaponiyanın paytaxtı Tokiodan 1200 kilometr cənubda yerləşən Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Sakit okeanda, təqribən 2 min nəfərin yaşadığı Tiçizima adaları yaxınlığında, ocağının 70 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Meteoroloqlar qarşıdakı həftə ərzində təkrar təkanlar barədə xəbərdarlıq ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts