Yaponiyanın Hönşü adası üzərində meteorit müşahidə olunub

Tokio, 30 iyun , /AJMEDIA/

İyunun 28-dən 29-na keçən gecə Yaponiyanın Hönşü adasının bir neçə rayonu üzərindən uçan meteorit müşahidə edilib.
AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı bu şirkətə məxsus stasionar kameralar tərəfindən qeydə alınan videolara əsasən məlumat yayıb.
Şahidlərin bildirdiyinə görə, əvvəlcə havada uçan “odlu dairə” görünüb. Bundan bir qədər sonra partlayış səsi eşidilib. Meteoritin parçalarının yerə düşdüyü güman edilir. Hazırda hadisə ilə bağlı dəyən zərər barədə məlumat verilmir.
Xatırladaq ki, 2020-ci ilin yayında da Tokio üzərində meteorit müşahidə edilmişdi. Həmin vaxt göy cisminin parçaları Tokio yaxınlığındakı Çiba prefekturasında aşkarlanmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts