Yaponiyanın cənub-qərbində “HIMARS” qurğuları tətbiq olunmaqla təlimlər keçirilib

Tokio, 1 sentyabr , /AJMEDIA/

Şərqi Çin dənizində yerləşən Amamioşima adalarında ABŞ və Yaponiyanın quru qoşunlarının iştirakı ilə dənizdən çıxarılan desantın dəf olunması üçün gəmilərə qarşı reaktiv yaylım atəş sistemləri olan “HIMARS” qurğularının tətbiqi ilə təlimlər keçirilib.
AJMEDIA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin təlimlər “Orient Shield” birgə manevrlərinin tərkib hissəsi kimi təşkil olunub və bu təlimlərdə təqribən 3 min hərbçi iştirak edib.
Təlimlərin ssenarisinə əsasən, Yaponiyanın cənub-qərbində yerləşən adalara şərti düşmənin qəfil desant çıxarma cəhdinin qarşısının alınması məşqləri keçirilib. Adalara yaxınlaşan gəmilərin koordinatları elektron kəşfiyyat təyyarələri tərəfindən müəyyən edilib. Bu, həmin gəmilərə “HIMARS” qurğuları vasitəsilə dəqiq zərbə endirmək imkanı yaradıb.
Qəzetin bildirdiyinə görə, ABŞ-dan Şərqi Çin dənizinə gətirilən qurğular təlimlərdə ilk dəfə istifadə edilib.
Xatırladaq ki, “Orient Shield” təlimləri 1985-ci ildən keçirilir və son vaxtlar onun masştabı xeyli genişlənib. Belə ki, cari ildə həmin təlimlər Yaponiya ərazisində yerləşən bütün bazaları və poliqonları əhatə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts