Tokio, 09 iyun, /AJMEDIA/
Yaponiyanın cənubundakı Okinava prefekturasındakı ABŞ hərbi bazasında baş verən partlayış nəticəsində Yaponiyanın özünümüdafiə qüvvələrinin 4 üzvü yaralanıb.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat yayan Polis idarəsi yanğınsöndürmə işçilərinin onlara bazar ertəsi səhər Yomitan kəndindəki partlayış barədə xəbər verdiyini bildirib.
Prefektura rəsmiləri partlayışın partlamamış bombaların saxlandığı müvəqqəti anbarda baş verdiyini bildiriblər. Kadena sursat anbarı ərazisində yerləşən obyektə prefektura hökuməti nəzarət edir.
Rəsmilər yaralanan dörd ÖMQ əməkdaşının heç birinin həyati təhlükəsinin olmadığını bildiriblər.