Yaponiyanın Baş naziri yeni milli məsələlər, yerli muxtariyyət və rabitə naziri təyin edib

Tokio, 21 noyabr , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida noyabrın 21-də sabiq xarici işlər naziri Matsumoto Takeakini yeni milli məsələlər, yerli muxtariyyət və rabitə naziri təyin edib.
AJMEDIA xəbər verir ki, bu, son bir ayda F.Kişidanın rəhbərlik etdiyi kabinetdə üçüncü nazir dəyişikliyidir. M.Takeaki bu vəzifədə son vaxtlar siyasi fondlarla əlaqədar yol verdiyi nöqsanlar fonunda daha çox tənqidə məruz qalan Minoru Teradanı əvəz edib. Bazar günü axşam saatlarında M.Teradanı iqamətgahına dəvət edən Baş nazir onu istefaya göndərdiyini bildirib.
Parlamentin son sessiyası ərzində bir neçə nazirin istefa verdiyini qeyd edən Baş nazir F.Kişida baş verənlərə görə ölkə ictimaiyyətindən üzr istəyib.
Qeyd edək ki, M.Teradanın adı onun siyasi maliyyə işlərinin mühasibatını aparan şəxslər siyahında vəfat etmiş birinin olduğu aşkar edildikdən sonra diqqəti cəlb edib.
Siyasi fondlar üzərində nəzarəti həyata keçirən Milli Məsələlər Nazirliyinə belə bir şəxsin rəhbərlik etməsinin yolverilməz olduğunu vurğulayan müxalifət partiyaları Baş nazir F.Kişidanı M.Teradanı istefaya göndərməyə çağırıblar.
Hakim Liberal Demokratik Partiyada F.Kişidanın rəhbərlik etdiyi fraksiyanın üzvü olan M.Terada Nazirlər Kabinetində yayda aparılan yerdəyişmələr zamanı nazir vəzifəsinə təyin edilmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts