Tokio, 13 mart , /AJMEDIA/
Martın 13-də Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) qurultayında çıxış edən Baş nazir Fumio Kişida bu ilin iyul ayında parlamentin yuxarı palatasına seçkilərdə qalib gəlmək üçün partiyadaxili birliyə çağırıb.
AJMEDIA xəbər verir ki, Baş nazir bu birliyin Yaponiyanın qarşılaşdığı qarşılaşdığı problemləri aradan qaldırmağa kömək edəcəyini də diqqətə çatdırıb.
Son vaxtlar LDP daxilində partiyanın koalisiya tərəfdaşı olan Komey-to Partiyası ilə qarşıdakı seçkilərlə bağlı bəzi anlaşılmazlıqların yaranması barədə fikirləri qəbul etməyən F.Kişida deyib: “Bizim tarixi problemlərlə qarşılaşdımız biz dövrdə LDP-Komey-to tandemindən güclü variantımız varmı? Yuxarı palataya seçkilər müxtəlif dövrlərdə fərqli problemlərlə qarşılaşıb. Gəlin, vahid məqsəd ətrafında sıx birləşək və qələbə qazanaq”, – deyə Baş nazir bildirib.
Qarşıda duran vəzifələr toxunan Baş nazir Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin və ölkə Konstitusiyasında dəyişikliklərin zəruriliyini qeyd edib. Bildirib ki, dünyada hazırda baş verən proseslər fonunda bunlar zəruri addımlardır.
F.Kişida, həmçinin pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması, xam neftin qiymətində baş verən artımla bağlı tədbirlərin görülməsi istiqamətində zəruri addımların atılmasının zəruriliyini də vurğulayıb.
Qeyd edək ki, LDP-nin qurultayı son vaxtlar müxalifətdə olan Xalq Naminə Demokratiya Partiyasının hakim partiya ilə yaxınlaşması barədə ölkə daxilində gedən söhbətlər fonunda baş tutub.
Parlamentin yuxarı palatasına keçiriləcək seçkilər F.Kişidanın Baş nazir və LDP-nin sədri vəzifələrində fəaliyyəti üçün böyük sınaq hesab edilir. Mütəxəssislərin rəyinə görə, bu seçkilər onun rəhbərlik etdiyi hökumətin mövcud çağırışlara qarşı həyata keçirdiyi tədbirlərin xalq tərəfindən nə dərəcədə dəstəklənməsinin göstəricisi olacaq.