Yaponiyanın Baş naziri ölkənin müdafiə qabiliyyətini gücləndirməyə çağırıb

Tokio, 21 may , /AJMEDIA/

Yaponiya ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün büdcənin formalaşması zamanı daha real yanaşma tətbiq etməlidir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida mayın 21-də “Nikkei” qəzetində dərc olunan müsahibəsində bəyan edib.
“Yaponiyanın müdafiə qabiliyyəti dəyişən beynəlxalq şəraitdə radikal səviyyədə gücləndirilməlidir. Biz milli təhlükəsizlik strategiyası da daxil olmaqla, müdafiə ilə əlaqəli sənədlər kontekstində müdafiə qabiliyyətini fundamental şəkildə möhkəmləndirmək niyyətindəyik. Biz lazım olan işlərin görülməsi üçün büdcənin həcmini dəqiqləşdirməliyik. Bunun üçün real addımlar atılmalıdır”, – deyə Baş nazir bildirib.
Xatırladaq ki, apreldə Yaponiyanın hakim Liberal Demokratik Partiyası hökumətə ölkənin müdafiə büdcəsinin təqribən iki dəfə artırılması və onun həcminin ÜDM-in 2 faizinə çatdırılması təklifi ilə müraciət edib.
“The Asahi” qəzeti isə Baş nazir Fumio Kişidanın müdafiə xərclərinin artırılması barədə ABŞ Prezidenti Co Baydenin gələn həftə Yaponiyaya gözlənilən səfəri zamanı bəyan edəcəyini bildirib.
Qeyd edək ki, Yaponiya son illər KXDR-in nüvə və raket sınaqları, həmçinin regionda baş verən digər proseslər fonunda müdafiə xərclərini durmadan artırır. 2022-ci ilin aprelində başlamış yeni maliyyə ilində bu məqsədlə ayrılan büdcə vəsaiti əvvəlki illə müqayisədə təqribən 50 milyard yen artaraq 5,37 trilyon yen (41,9 milyard dollar) təşkil edib ki, bu da rekord göstərici hesab edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts