Yaponiyanın Baş naziri düşmən bazalarına qabaqlayıcı zərbələrin mümkünlüyünü bildirib

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Yaponiyanın yeni Baş naziri Fumio Kişida milli müdafiə strategiyasına yenidən baxıldıqdan və yapon ordusunun potensialının artırılmasından sonra düşmən bazalarına qabaqlayıcı zərbələrin endirilməsinin mümkünlüyünü qeyd edib.

AJMEDIA xəbər verir ki, bu barədə o, Yaponiyanın geniş auditoriyaya malik “Yomiuri shimbun” qəzetinə müsahibəsində bildirib. Son vaxtlar səsdən iti və ballistik raket texnologiyalarının inkişaf etdiyini bildirən F.Kişida Yaponiya əhalisinin müdafiəsi üçün mümkün olan bütün real variantların nəzərdən keçirildiyini qeyd edib. Vurğulayıb ki, buna görə də milli müdafiə strategiyasına tezliklə yenidən baxılmalıdır.

Xatırladaq ki, Yaponiyada sabiq Baş nazir Şinzo Abe dönəmindən potensial düşmənin raket bazalarına qabaqlayıcı zərbələrin endirilməsi ilə əlaqədar özünümüdafiə qüvvələrinin potensialının artırılması barədə müzakirələr aparılır. Bununla yanaşı, ölkənin müdafiəyə istiqamətlənən mövcud siyasətinin saxlanılması və yalnız özünümüdafiə üçün digər çıxış yolu qalmadıqda düşmənin bazalarına qabaqlayıcı zərbələrin endirilməsinin zəruriliyi vurğulanır.

Qeyd edək ki, hazırda Yaponiyada raketdən müdafiə qurğularının ikisəviyyəli sistemləri mövcuddur. Belə ki, “Aegis” kompleksləri ilə təchiz edilmiş gəmilər öz arsenalında ballistik raketləri orta səviyyədə məhv edən “SM-3” raketlərinə malikdir. Bunu etmək mümkün olmadıqda isə, “Patriot PAC-3” sistemli ikinci səviyyəli özünümüdafiə qurğularından istifadə nəzərdə tutulur. Bu sistem həmin raketləri onlarını hərəkətinin son mərhələsində məhv etməyə qadirdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts