Yaponiyanın Baş naziri Astanaya səfərini təxirə salıb

Tokio, 9 avqust, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida Yapon adaları ərazisində zəlzələ təhlükəsi səbəbindən avqustun 9-da Astanaya planlaşdırılan səfərini təxirə salıb.

AJMEDIA Qazaxıstan Respublikasının mediasına istinadla xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Yaponiya Meteorologiya Agentliyi Nankai qırılma zonasında potensial güclü zəlzələ barədə xəbərdarlıq edib.

Fumio Kişida avqustun 9-10-da Qazaxıstana ikigünlük rəsmi səfər etməyi planlaşdırırdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts