Yaponiyanın Baş naziri Asiya ölkələrinə turunu bir gün müddətinə təxirə salıb

Tokio, 11 noyabr , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida noyabrın 11-nə planlaşdırılan Cənub-Şərqi Asiya ölkələrinə turunu bir gün müddətinə təxirə salıb. Həmin səfər zaman onun Kambocada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN), Bali adasında G20 ölkələri liderlərinin və Tailandda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitlərində iştirakı nəzərdə tutulur.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Məlumata görə, Baş nazir həmin səfərə noyabrın 12-də başlamağı planlaşdırır. Hazırda səfərin təxirə salınmasının səbəbləri barədə rəsmi məlumat verilməsə də, bunun ədliyyə naziri Yasuhiro Hanaşinin istefası ilə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 11-də yerli KİV Baş nazirin Y.Hanaşinin istefaya göndərilməsi barədə qərar qəbul etdiyini bildirib. Buna səbəb kimi onun öz vəzifəsi haqda işlətdiyi yersiz ifadələr göstərilir.
Xatırladaq ki, F.Kişida Cənub-Şərqi Asiya ölkələrinə turu çərçivəsində ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Bildirək ki, ASEAN ölkələrinin Kambocada təşkil edilən sammiti noyabrın 10-13-də, G20 ölkələrinin sammiti İndoneziyanın Bali adasında noyabrın 15-16-da, APEC sammiti isə Tailandda noyabrın 16-19-da keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts