Yaponiyanın astronavtlar dəstəsinə ilkin olaraq 205 nəfər seçilib

Tokio, 28 iyun , /AJMEDIA/

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) astronavtlar dəstəsinə ilkin olaraq 205 nəfər seçib. Onların Ayın tədqiqi proqramına qatılacağı da qeyd edilir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Şinsuke Suematsu iyunun 28-də keçirilən mətbuat konfransı zamanı məlumat verib.
Nazir bildirib ki, yüksək fiziki hazırlıq nümayiş etdirən bütün namizədlər imtahanın birinci mərhələsini uğurla başa vurublar. Bundan sonra onlar peşəkarlığını, astronavtlığa hazırlığını dəqiqləşdirmək üçün müsahibələrə cəlb ediləcəklər. Qrupun yekun tərkibi gələn ilin fevralında məlum olacaq.
Qeyd edək ki, hazırda JAXA-da yeddi astronavt çalışır və onların orta yaş həddi 52-yə bərabərdir. Ayın tədqiqinin başlanacağı 2030-cu ilədək onlardan yalnız ikisinin dəstədə qalacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts