Site icon AJMEDIA Azərbaycanca

Yaponiyanın ən iri yük limanı kiber hücuma məruz qalıb

Tokio, 5 iyul , /AJMEDIA/

Yaponiyanın Honşyu adasının Naqoya şəhərində (Aiçi prefekturası) yerləşən ən iri yük limanı kiber hücuma məruz qalıb.
AJMEDIA xəbər verir ki, kiber hücum səbəbindən limanda əməliyyatlar dayandırılıb. Hakerlər limanın kompüter sistemini bloklayıb və onun normal işinin bərpası üçün pul tələb ediblər. Hazırda konteynerləri boşaltmaq və ya yükləmək mümkün deyil.
Polis hadisə ilə bağlı təhqiqata başlayıb. Liman administrasiyası yükləmə-boşaltma əməliyyatlarının iyulun 6-da səhər saatlarında bərpa olunacağını gözlədiklərini bildirib.

Exit mobile version