Site icon AJMEDIA Azərbaycanca

Yaponiyanən məşhur suşi şəbəkəsi hərracda ən bahalı tuna balığı ilə Ginnesin rekordunu yeniləyib

Tokio, 25 aprel, /AJMEDIA/

Yapon suşi şəbəkəsi operatoru 2026-cı ildə keçirilən ilk hərracda 510,3 milyon yen (3,2 milyon dollar) ödəyərək hərracdakı ən bahalı tuna balığına görə Ginnesin Rekordlar Kitabına düşüb.

AJMEDIA xəbər verir ki, 243 kiloqram ağırlığında olan mavi üzgəcli tuna balığı Aomori prefekturasının şimal-şərqindəki Oma sahillərində tutulub. “Sushizanmai” suşi şəbəkəsini idarə edən Kiyomura şirkəti bu balığı yanvarın 5-də Tokionun Toyosu balıq bazarından alıb.

Tuna balığı “Sushizanmai”nin əsas Tsukiji satış məntəqəsində kəsilib və Yaponiyadakı restoranlarında müştərilərə təqdim edilib.

Kiyomura şirkətinin prezidenti Kiyoşi Kimura aprelin 20-də şəbəkənin əsas satış məntəqəsində keçirilən mərasimdə Ginnes sertifikatını alarkən dedi: “Gələn il və ondan sonra da yüksək keyfiyyətli tuna balığı təklif etməyə davam edəcəyik”.

Bu, operatorun 2013-cü ilin ilk hərracında 155,4 milyon yenə aldığı mavi üzgəcli tuna balığı ilə tanınan ikinci Ginnesin Rekordlar Kitabı tituludur.

Tokio Böyükşəhər Hökumətinin məlumatına görə, bu ilki qalib təklif 1999-cu ildə müqayisə edilə bilən məlumatların əldə edilməsindən bəri ən yüksək göstərici olub.

İllik hərracda 2023-cü ildə cəmi 36 milyon yenə bərabər olan ən yüksək təklif 2024-cü ildə 114 milyon yenə, 2025-ci ildə isə 270 milyon yenə yüksəlib.

İlin ilk hərracında böyük məbləğdə pul xərcləmək, tender iştirakçıları arasında ənənə halını alıb, çünki bu, restoranların reklamdan faydalanması üçün bir şans kimi qəbul edilir.

Exit mobile version