Tokio, 12 sentyabr , /AJMEDIA/
Yaponiyalı azərbaycanşünas, tədqiqatçı Yorika Tsutsumi Milli Azərbaycan Tarixi Muzeyində olub.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Görüşdə Tarix Muzeyinin eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova muzeyin fəaliyyəti barədə məlumat veriblər.
Sonra Y.Tsutsuminin Azərbaycanın tarixi, ədəbiyyatı ilə bağlı tədqiqatında araşdırdığı məsələlərə toxunulub və qonağın sualları muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.
Yaponiyalı tədqiqatçı məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət edib.
Qonağa muzeyin eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.