Yaponiyada zəlzələ nəticəsində yaralananların sayı 27-yə çatıb

Tokio, 6 may , /AJMEDIA/

Yaponiyanın İşikava prefekturasında baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
AJMEDIA xəbər verir ki, bu barədə şənbə günü Kyodo agentliyi məlumat yayıb.
Xəsarət alanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağıldığı Suzu kəndinin sakinləridir.
6,5 maqnitudalı zəlzələ Yaponiyanın əsas adasının mərkəzi hissəsində, Yapon dənizi sahilində baş verib. Ölkənin meteorologiya departamentinin məlumatına görə, yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında, təxminən 12 kilometr dərinlikdə yerləşib. Seysmoloqlar yaxın həftədə güclü afterşokların ola biləcəyi barədə xəbərdarlıq edərək, yerli sakinləri ehtiyatlı olmağa çağırıblar. Son sutka ərzində Yaponiyanın bu hissəsində 5,8 bal gücündə 10-a yaxın zəlzələ baş verib.
Meteoroloqlar sürüşmə təhlükəsi barədə də xəbərdarlıq edirlər, dünən axşamdan etibarən ərazidə yağış yağmağa başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts