Yaponiyada yeni kosmik raketin havaya buraxılması uğursuz olub

Tokio, 17 fevral , /AJMEDIA/

Yaponiya Taneqaşima kosmodromundan əvvəlki nəsil aparatları əvəz etməli olan yeni H3 raketinin buraxılış mərasimi olub.

AJMEDIA Kyoda agentliyinə istinadən xəbər verir ki, startda fövqəladə vəziyyət yaranıb və kosmik gəmi təyin olunmuş vaxtda havaya qalxa bilməyib.

Geri sayımdan sonra raketin mühərrikləri işə düşdü, lakin o, yerindən tərpənmədi.

H3-ün buraxılışı indiyədək iki dəfə təxirə salınıb.

Əvvəlcə raket fevralın 13-də buraxılmalı idi, lakin aşkarlanan problemlərə görə buraxılış fevralın 15-nə təxirə salındı.

H3 raketi hazırda istifadə edilən H2A-nı əvəz edəcək.

O, əvvəlkindən 1,3 dəfə çox yük daşımağa qadirdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts