Yaponiyada yeni avtomobillərin satışı son 45 ilin minimumuna enib

Tokio, 5 yanvar , /AJMEDIA/

2022-ci ildə Yaponiyada yeni avtomobillərin satışı yarımkeçirici çatışmazlığı və hissələrin tədarükü ilə bağlı problemlər fonunda son 45 ilin ən aşağı səviyyəsinə düşüb.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiya Avtomobil Dilerləri Assosiasiyası və Kiçik Avtomobillər Assosiasiyasının cümə axşamı günü dərc etdiyi statistikada yer alıb. Avtomobil satışının azalması koronavirus pandemiyasının təsirləri ilə izah olunur.
Statistikaya əsasən, ötən il Yaponiyada ümumilikdə təxminən 4,2 milyon minik avtomobili satılıb. Bu da 1977-ci ildən bəri ən aşağı göstəricidir.
Ölkədə yeni avtomobillərin satışı ardıcıl olaraq dörd ildir ki, azalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts