Yaponiyada son 125 ilin ən isti yayı qeydə alınıb

Tokio, 3 sentyabr , /AJMEDIA/

Yaponiya Meteorologiya Agentliyi ölkənin son 125 ildə ən isti yayı keçirdiyini açıqlayıb.

AJMEDIA xəbər verir ki, məlumata görə, iyun-avqust aylarında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb.

Məlum olub ki, yay mövsümündə orta temperatur Selsi üzrə 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.

“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada builki orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir”, – deyə məlumatda bildirilib.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts