Yaponiyada qardan enerji hansı yolla əldə ediləcək?

Tokio, 1 dekabr , /AJMEDIA/

Yaponiyada qardan elektrik enerjisini necə əldə etmək yollarını fikirləşiblər. Bu üsulu iqlim xüsusiyyətinə görə qarın bol olduğu Aomori şəhərində sınaqdan keçirməyə hazırlaşırlar. Texnologiya qar kütləsinin daxilində və onun səthində hərarətin müxtəlifliyinə əsaslanıb. Regionda, həmçinin isti çeşmələr vardır ki, bunlar da effekti gücləndirməyə şərait yaradacaq.
AJMEDIA “Vokruq sveta” nəşrinə istinadla xəbər verir ki, sistem bərpaolunan enerji hasilatında istifadə olunan günəş batareyaları və ya külək mühərrikləri kimi təbii resurslar siyahısını tamamlayır. Lakin müəlliflər hesab edirlər ki, onların yaratdığı “Snow power” (ingilis dilindən hərfi tərcümədə “qarın gücü”) qurğusu daha effektli olacaq.
Artıq dekabr ayında işə salınacaq texnologiya gələn ilin mart ayınadək fəaliyyət göstərməlidir. Kommunal xidmətlər qarı küçələrdən keçmiş məktəb binasında quraşdırılan xüsusi hovuza daşıyacaqlar. Orada qar təbəqələrinə istilikötürücü borucuqlar quraşdırılacaq, onların üstündəki havanı isə günəş təbii yolla qızdıracaq. Qar kütlələri ilə xaricdəki hava arasındakı temperatur fərqindən onu fırladıb elektrik enerjisi istehlak edəcək turbinin daxilindəki konveksiya cərəyanının yaradılması üçün istifadə olunur.
Yaponiyalı mühəndislər qeyd edirlər ki, temperaturun daha çox dəyişməsi üçün isti çeşmələrdən gələn istidən istifadə olunması da planlaşdırılır.
“Qar” sistemini ixtira edənlər daha əvvəl okeanın üst və alt qatındakı suları arasında olan temperatur fərqindən enerji almaq kimi analoji üsul fikirləşmişdilər. Onların hesablamalarına görə, belə enerji 1 kilovat-saat üçün cəmi 20 yenə başa gələcək ki, bu da külək, istilik və ya mazutdan əldə edilən enerjidən ucuzdur. Yeni texnologiyanın müəllifləri vurğulayırlar ki, qardan istifadə edilən halda temperatur fərqi daha güclü olacaq, bu səbəbdən sistem daha effektli olmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts