Site icon AJMEDIA Azərbaycanca

Yaponiyada qəzaya uğramış F-15 qırıcısının pilotlarından birinin cəsədi tapılıb

Tokio, 13 fevral, /AJMEDIA/

Yaponiyalı xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin ötən ay qəzaya uğramış F-15 qırıcısının pilotlarından birinin cəsədini tapıblar.

AJMEDIA xəbər verir ki, bu barədə fevralın 13-də JIJI PRESS agentliyi məlumat yayıb. Bildirilir ki, hazırda ikinci pilotun axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 31-də baş verib. Həmin gün İşikava prefekturasının Komatsu bazasından havaya qalxan hərbi təyyarə Yapon dənizi üzərində radarlardan itib. Təyyarənin təlim uçuşu keçirdiyi bildirilirdi.

Qeyd edək ki, Yaponiya özünümüdafiə qüvvələri təqribən 200 ədəd F-15 qırıcı təyyarəyə malikdir. Bu təyyarələr, əsasən, Yaponiya sərhədlərinə yaxınlaşan xarici təyyarələri müşayiət edirlər.

Exit mobile version