Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Oktyabrın 31-də Yaponiya parlamentinin aşağı palatasına seçkilərlə əlaqədar 46 mindən çox seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Parlamentin aşağı palatası yuxarı palata ilə müqayisədə hökumət başçısını seçmək və dövlət büdcəsini təsdiq etmək səlahiyyətinə malik olduğuna görə əsas qanunverici orqan sayılır.

AJMEDIA xəbər verir ki, səhər saat 7-dən axşam saat 20:00-dək açıq olacaq məntəqələrdə seçicilər aşağı palatanın 465 deputatını seçəcəklər. Onlardan 289-u birmandatlı, 176-ı isə proporsional qaydada müəyyən ediləcək. Namizədlərin sayına gəlincə isə, doqquz siyasi partiyadan 1051 nəfərin namizədliyini irəli sürdüyü bildirilir.

Seçkilər ərəfəsində parlamentin aşağı palatasındakı 276 yer hakim Liberal Demokratik partiyaya (LDP), 29 yer isə onun koalisiya tərəfdaşı “Komeyto” Partiyasına mənsub olub. Bu iki partiya aşağı palatada böyük üstünlüyə malik olsalar da (305), bu Konstitusiya üstünlüyü (310) hesab edilmir. Əsas müxalifət partiyası hesab edilən Konstitusiyalı Demokratlar Partiyası 112, Kommunist Partiyası 11, Xalq Demokratik Partiyası 10 yerə malik olublar. Qalan mandatlar isə ya digər partiyalara məxsus olub, ya da boş qalıb.

Bu dəfə seçkilərdə əsas diqqət sentyabrda Fumio Kişidanın LDP-yə rəhbərliyə gəlməsindən sonra hakim partiyanın nə qədər yer qazana biləcəyinə yönəlib. Belə ki, keçmiş Baş nazir Yoşihide Suqanın hökumətə başçılıqdan imtina etməsi ərəfəsində bu partiyanın reytinqi çox aşağı düşmüşdü.

Lakin kütləvi-informasiya vasitələrinin seçki ərəfəsində keçirdiyi sorğular zamanı ziddiyyətli məqamlar özünü göstərib. Belə ki, həmin sorğuların nəticələrinə görə LDP-nin yerlərin bir hissəsini itirəcəyi məlum olub. Bununla yanaşı, bəzi sorğular LDP-nin aşağı palatada üstünlüyü saxlayacağını təsdiq edir (465 yerdən 233 yer). Bəzi sorğular isə LDP-nin daha çox itki verəcəyini göstərir.

Eyni zamanda, LDP-nin koalisiya tərəfdaşının üstünlük qazanacağı qeyd edilir ki, belə olan halda da iki partiya birlikdə parlament üstünlüyünü saxlamağa çalışacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts