Site icon AJMEDIA Azərbaycanca

Yaponiyada parlament seçkisi: 1 344 namizəd mübarizə aparır

Tokio, 27 oktyabr, /AJMEDIA/

Yaponiya parlamentinin əsas aşağı palatasına seçki keçirilir.

AJMEDIA xəbər verir ki, bu barədə informasiyanı ölkənin İnzibati İşlər və Rabitə Nazirliyi yayıb.

Qurum qeyd edib ki, səsvermə gününə qədər 16 milyondan çox insan (ümumi seçici sayının 15.8 faizi) erkən səsvermə hüququndan istifadə edib.

Sorğulara əsasən, hakim Liberal Demokrat Partiyası parlamentdəki çoxluğunu itirə bilər.

Seçkidə birmandatlı dairələr üzrə səsvermə ilə müəyyən ediləcək 289 yer və partiya siyahıları üzrə proporsional sistemlə bölüşdürüləcək 176 yer uğrunda 1 344 namizəd mübarizə aparır.

Exit mobile version