Yaponiyada milli valyutanın məzənnəsi son 24 ildə ən aşağı həddə düşüb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Sentyabrın 2-də Yaponiyada milli valyuta olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə son 24 ilin ən aşağı həddinə düşüb.
AJMEDIA xəbər verir ki, yenin budəfəki ucuzlaşmasının mənfi təsirləri barədə xəbərdarlıq edən Yaponiya hökuməti, həmin sahədə sabitliyin təmin olunması üçün yerli maliyyə qurumları və xarici tərəfdaşlarla lazımi tədbirlərin görüləcəyini açıqlayıb.
Məsələni həmin gün keçirilən mətbuat konfransında şərh edən Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki isə bildirib ki, hökumət valyuta məzənnələrinin hərəkətini böyük diqqətlə izləyir.
“Bizim G7 üzvləri və digər ölkələrlə mübadilə məzənnələrinin qaydasız hərəkətinin iqtisadi və maliyyə sabitliyinə mənfi təsirinin qarşısını almaq barədə müqavilələrimiz var”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini həddindən artıq qaldırması və Yaponiya Bankının maliyyə-kredit siyasətində yumşaltmanı davam etdirməsi yenin dollara nisbətdə məzənnəsinin kəskin aşağı düşməsinə səbəb olub. FES-in həmin siyasəti və yenə təzyiqi davam etdirəcəyi gözlənilir.
Nəticədə sentyabrın 2-də bir dolların yenə nisbətdə məzənnəsi 140,194 yen həddinə düşüb.
Mütəxəssislərin rəyinə görə zəif yen Yaponiya iqtisadiyyatı üçün ikitərəfli qılınc təsirinə malikdir. Belə ki, bu, bir tərəfdən ixracatçılara xaricdən gələn mənfəəti artırmaq imkanı yaradırsa, digər tərəfdən zəif təbii ehtiyatlara malik Yaponiya üçün başağrısına çevrilir.
Həmin gün məsələni şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno da milli valyutanın hərəkətində sabitliyin vacibliyini qeyd edərək, onun iqtisadi əsasları əks etdirməli olduğunu deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts