Yaponiyada koronavirusun delta ştamı özü-özünü ləğv edib

Tokio, 22 Noyabr, /AJMEDIA/

Yaponiyanın mərkəzi hissəsində yerləşən Niiqata Universitetinin tədqiqatçıları koronavirusun delta ştamının özü-özünü ləğvetmə nəticəsində ölkədə aradan qalxması barədə fərziyyə irəli sürüblər.

AJMEDIA xəbər verir ki, bu barədə noyabrın 22-də “Sankei Shimbun” qəzeti məlumat yayıb. Yapon alimlərin irəli sürdüyü nəzəriyyəyə görə, ştamın genlərində həddindən artıq mutasiya toplanması aparıcı nsp14 hüceyrəsinin işində dəyişiklikliyə səbəb olub. Hüceyrənin funksiyalarının pozulması ştamın çoxalma prosesini sıradan çıxarıb və onun özünün ləğvinə səbəb olub.

Xatırladaq ki, cari il iyulun sonu avqustun əvvəllərində Tokioda Olimpiya Oyunları keçirilərkən Yaponiyada virusun geniş yayılması qeydə alınıb. Ölkədə gündəlik yoluxma sayında ardıcıl şəkildə antirekordlar qeydə alınıb. Lakin sentyabrdan başlayaraq Yaponiyada vəziyyət sabitləşib. Hazırda ölkədə infeksiyanın yayılmasında ciddi azalma müşahidə edilir. Noyabrın 21-də ölkə üzrə cəmi 143 yeni yoluxma halı qeydə alınıb. Bu, avqustun sonunda virusun yayılmasının pik həddi ilə müqayisədə cəmi 1 faiz təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts