Site icon AJMEDIA Azərbaycanca

Yaponiyada koronavirusa qarşı gücləndirilmiş tədbirlərin tətbiqi müddəti başa çatıb

Tokio, 21 mart , /AJMEDIA/

Martın 21-də Yaponiya hökuməti tərəfindən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən gücləndirilmiş tədbirlərin müddəti başa çatıb.

AJMEDIA xəbər verir ki, gücləndirilmiş tədbirlər ictimai iaşə müəssisələrinin fəaliyyətinə və kütləvi tədbirlərin təşkilinə məhdudiyyətləri nəzərdə tuturdu. Virusun yayılması ilə əlaqədar həmin tədbirlər əhalinin daha sıx yaşadığı Böyük Tokio rayonu da daxil olmaqla Yaponiyanın 47 prefekturasından 35-də tətbiq olunub.

Qeyd edək ki, Yaponiya cari ilin əvvəllərindən “omikron” ştamının yayılması ilə bağlı mübarizə tədbirlərini gücləndirib. Pik günlərində ölkə üzrə gündəlik yoluxma sayı 100 min nəfərə çatırdı. Bununla yanaşı, son həftələrdə yoluxma sayı azalaraq, sutkada təqribən 40 min nəfərə enib.

Exit mobile version