Yaponiyada koronavirusa gündəlik yoluxma sayı səkkiz mini ötüb

Tokio, 10 yanvar, /AJMEDIA/

Yanvarın 9-da yerli vaxtla saat 20:30-a olan son məlumatlara görə, Yaponiyada koronavirusa gündəlik yoluxma sayı 8 min 249 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yanvarın 10-da yaydığı məlumatda Okinava prefekturasında bir nəfərin öldüyü də bildirilir. Həmçinin qeyd edilir ki, Okianava prefekturasında ümumilikdə həmin gün 1533 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bu, pandemiya başlayandan bəri prefektura üzrə ikinci yüksək göstəricidir. Bundan bir gün əvvəl həmin prefektura üzrə rekord göstərici – 1759 yoluxma halı qeydə alınıb.

Okinava rəsmilərinin bildirdiyinə görə, yanvarın 9-da bu prefekturada yerləşən ABŞ hərbi bazalarında 429 yeni yoluxma halı təsdiq edilib.

Yaponiya paytaxtında da yoluxma hallarını artdığı bildirilir. Belə ki, Tokio hökumətinin yaydığı məlumatda yanvarın 9-da 1233 yoluxma faktinin qeydə alındığı əksini tapıb.

Qeyd edək ki, Tokio üzrə gündəlik yoluxma halı bir həftə əvvəlki göstəricidən təxminən 14 dəfə çoxdur. Bu rəqəm artıq ikinci gündür ki, 1000-i ötür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts