Site icon AJMEDIA Azərbaycanca

Yaponiyada ilin sonunadək qida və içki məhsullarının qiymətinin artacağı gözlənilir

Tokio, 28 noyabr, /AJMEDIA/

Bu ilin sonunadək Yaponiyada 20 mindən çox istehlak malı bahalaşacaq.

AJMEDIA xəbər verir ki, bu barədə məlumat “Teikoku Databank” statistika mərkəzinin hesabatında əks olunub. Bahalaşma əsasən, yüzlərlə yapon istehsalçısının qida və içki məhsullarına aiddir. Ümumilikdə isə 2025-ci ildə 20 min 609 qida və içki məhsulunun qiymətlərinin artacağı gözlənilir. Bu göstərici son iki ildə ilk dəfə olaraq 20 min məhsul çeşidini ötüb.

Eyni zamanda, Yaponiyanın statistika mərkəzinin ekspertləri hesab edirlər ki, gələn ilin yazınadək ölkədə qiymət artımı tempi bir qədər zəifləyəcək.

Exit mobile version