Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 77-ci ildönümü qeyd edilir

Tokio, 15 avqust , /AJMEDIA/

Avqustun 15-də Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 77-ci ildönümü qeyd edilir.
AJMEDIA xəbər verir ki, 1945-ci il avqustun 15-də İmperator əhaliyə radio müraciətində müharibənin başa çatdığını və Yaponiyanın kapitulyasiya etdiyini bəyan edib. Həmin müharibə vaxtı 2,3 milyon hərbiçi və 800 min mülki yaponun həlak olduğu bildirilir.
Tokionun “Budokan” idman sarayında keçirilən anım mərasimində Yaponiya İmperatoru Naruhito, İmperatriçə Masako, Baş nazir Fumio Kişida, parlamentin deputatları və hökumət üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Koronavirus pandemiyasına görə mərasim iştirakçılarının sayı cari ildə də 1000 nəfərədək ixtisar olunub.
Mərasimdə çıxış edən İmperator Naruhito deyib: “Müharibədən sonra uzun müddət davam edən sülh dövrünə nəzər salaraq, keçmişimiz haqda düşünərək və onu dərin təəssüf hissi ilə xatırlayaraq, bütün xalqımızla birlikdə tam səmimiyyətlə ümid edirəm ki, dağıdıcı müharibə bir daha baş verməyəcək. Bütün qəlbimlə həm müharibədə, həm də digər döyüşlərdə həlak olanlara hörmətimi ifadə edərək, bütün dünyada sülhün davamlı olması və ölkəmizin inkişafı üçün dualar edirəm”.
Mərasimdə çıxış edən Baş nazir Fumio Kişida da Yaponiyanın sülhün qorunmasına və inkişafa sadiq qalacağını bildirib: “Hazırda bütün dünyada münaqişələr davam edir, lakin bizim ölkəmiz sülhə fəal töhfələr vermək şüarı ilə fəaliyyət göstərərək, beynəlxalq ictimaiyyətlə birlikdə dünyanın qarşılaşdığı problemlərin həlli üçün çalışacaq”.
Yaponiyanın hər yerində müharibədə həlak olanların xatirəsini anmaq və sülh haqqında düşünmək məqsədilə tədbirlər keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts