Site icon AJMEDIA Azərbaycanca

Yaponiyada günvurma nəticəsində ölüm və xəstələnmə halları artır

Tokio, 20 iyun, /AJMEDIA/

Cümə günü, iyunun 20-də yapon mətbuatının verdiyi məlumata görə, Yaponiyada isti dalğa və havanın temperaturunun kəskin artması nəticəsində bir nəfər ölüb, təqribən 100 insan xəstəxanaya yerləşdirilib.

AJMEDIA xəbər verir ki, 11-97 yaş arasında olan 100 nəfər cümə axşamı günvurma simptomları şübhəsi ilə Tokiodakı xəstəxanaya aparılıb.

Osaka prefekturasının İkeda şəhərində 90 yaşlı bir vətəndaş dünyasını dəyişib, həmçinin Tokioda daha üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Tokio Şəhər Tibbi Ekspertiza Ofisinin məlumatına görə, bu ay paytaxtda ölən 70 yaşlarında olan iki nəfərin də istivurmanın qurbanı olduğu güman edilir.

Həmçinin “Asahi Shimbun” qəzetinin yayadığı məlumata görə, çərşənbə axşamı Kanto bölgəsində ən azı dörd nəfər istivurmadan ölüb. Mərkəzi Yaponiyanın Kofu şəhəri, Qunma prefekturasındakı Takasaki, Tokio və Yaponiyanın cənub sahilindəki Şizuoka şəhəri də daxil olmaqla bir sıra bölgələrdə hazırda isti hava şəraiti hökm sürür.

Exit mobile version