Yaponiyada “DSEI-Japan” hərbi texnologiyalar sərgisi açılıb

Tokio, 15 mart , /AJMEDIA/

Martın 15-də Yaponiyanın Çiba prefekturasında “DSEI-Japan” hərbi texnologiyalar sərgisinin açılışı olub.
AJMEDIA xəbər verir ki, təşkilatçıların sözlərinə görə, ABŞ, Böyük Britaniya, Türkiyə, Avstraliya və İsrail də daxil olmaqla, sərgiyə dünyanın 24 ölkəsini təmsil edən kompaniyalar öz texnologiyalarını və silahlarını çıxaracaq.
Üç gün davam edəcək sərgi çərçivəsində keçiriləcək konfransın iştirakçıları beynəlxalq təhlükəsizliyin müasir çağırışlarını və yeni hərbi texnologiyaları, həmçinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. “DSEI-Japan 2023” Asiya regionunda və onu əhatə edən dənizlərdə təhlükəsizliyin təmin olunması çağırışını qiymətləndirəcək.
2019-cu ildən keçirilən sərgi ilk növbədə Asiya-Sakit Okean regionu istehsalçılarına istiqamətlənir, lakin dünyanın digər ölkələrindən olan kompaniyalar da burada yeni silahlarını, avadanlıqlarını və texnologiyalarını nümayiş etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts