Yaponiyada cari ilin ilk hərraclarında mavi tuna balığı 145 min dollara satılıb

Tokio, 5 yanvar, /AJMEDIA/

Yaponiya paytaxtının “Toyoşu” balıq bazarında cari ildə ilk dəfə keçirilən hərracda 211 kiloqram ağırlığında mavi tuna balığı 16,88 milyon yenə (145,5 min dollar) satılıb.

AJMEDIA xəbər verir ki, bu barədə hərracların təşkilatçısı məlumat yayıb.

Balıq topdan ticarətlə məşğul olan “Yamayuki” şirkəti tərəfindən alınıb. Tuna balığı suşilərin satıldığı Tokio restoranlarına paylanacaq.

Bununla yanaşı, balığın ilin ilk hərracında kifayət qədər ucuz satıldığı da bildirilir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk hərracında rekord qeydə alınıb. Belə ki, həmin vaxt 278 kiloqram ağırlığında tuna balığı 3 milyon dollardan baha satılmışdı.

Tokioda ilin ilk balıq hərracında iştirak etmək restoran sahəsinin nümayəndələri üçün prestij, əsas lotun alınması isə böyük uğur hesab olunur. Bundan əlavə, bu addım ən bahalı və təzə balığı təklif edən restoranların qarşısında böyük növbələrin yaranmasına səbəb olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts