Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır

Tokio, 29 Noyabr, /AJMEDIA/

Yaponiya hökuməti noyabrın 30-dan etibarən bütün ölkələrin vətəndaşları üçün yeni vizaların verilməsini dayandıracaq.

AJMEDIA-nın məlumatına görə, bunu ölkənin baş nazir Fumio Kisida deyib.

Nazir bildirib ki, bu qərar koronavirusun yeni “omikron” ştammı ilə bağlı vəziyyətin aydınlaşdırılmasınadək qüvvədə olacaq.

Bundan başqa, xaricdə yaşayan Yaponiya vətəndaşlarının ölkəyə daxil olması ilə bağlı məhddiyyətlər də genişləndiriləcək.

Qeyd edək ki, Yaponiya noyabrın 8-də xarici iş adamları, tələbələr və bir sıra digər şəxslər üçün viza verilməsi şərtlərini asanlaşdırmışdı. Amma noyabrın 28-də yeni ştammla əlaqədar Afrikanın 9 ölkəsindən səfərləri dayandırmaq qərarı vermişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts