Site icon AJMEDIA Azərbaycanca

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirlik əməkdaşlarının sayını azaldıb

Tokio, 14 fevral, /AJMEDIA/

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı səfirlik əməkdaşlarının sayını azaldaraq minimum həddə saxlayıb.

AJMEDIA xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, nümayəndəliyin fəaliyyət sahələri də azaldılıb.

Qeyd edək ki, fevralın 11-də Yaponiya XİN Ukraynada olan vətəndaşlara müraciət edərək təhlükəsiz qaydada bu ölkə ərazisini təcili şəkildə tərk etməyə çağırıb. Bunun əsas səbəbi kimi Rusiya ilə Ukrayna sərhədində vəziyyətin gərginləşməsi göstərilir.

Yaponiya hökumətinin yaydığı məlumata görə, Baş nazir Fumi Kişidanın dəftərxanası yanında böhran qərargahı yaradılıb. Qərargahın Ukrayna ətrafında vəziyyətlə bağlı informasiyanın toplanması və təhlili ilə məşğul olacağı bildirilir.

Exit mobile version