Yaponiya və Hindistanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Tokio, 8 sentyabr , /AJMEDIA/

Sentyabrın 8-də Yaponiyanın müdafiə naziri Yasukazu Hamada hindistanlı həmkarı Racnath Sinqh ilə Tokioda keçirilən görüşündə regionda və həmçinin Ukraynada vəziyyəti müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İdarələrin rəhbərləri suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan təhlükəsiz, sabit və firavan dünya nizamının qurulması naminə əməkdaşlığı davam etdirmək öhdəliyinə sadiq olduqlarını vurğulayıblar”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, tərəflər bütün ölkələri güc tətbiqi təhdidindən və praktikasından əl çəkməyə, status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdlərindən çəkinməyə, bunun əvəzinə beynəlxalq hüquqa uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinə nail olmağa çağırıblar.
Bununla yanaşı, Y.Hamada və R.Sinqh azad və açıq Hind-Sakit okean regionu konsepsiyasını dəstəkləmək və gücləndirmək məqsədilə dövlətlərarası əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Nazirlər, həmçinin Tokio və Yeni Dehlinin müdafiə texnikası və texnologiyaları sahəsində konkret əməkdaşlığın həyata keçirilməsi üçün tərəfdaşlığı davam etdirmək niyyətini təsdiqləyiblər.
Həmçinin bildirilir ki, Y.Hamada hindistanlı həmkarını Yaponiyanın müdafiə qabiliyyətini əsaslı şəkildə gücləndirmək planları barədə məlumatlandırıb.
Qeyd edək ki, iki ölkənin müdafiə nazirləri sonuncu dəfə üç il əvvəl Hindistanda belə görüş keçiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts