Yaponiya və Hindistan Hind-Sakit okean regionunda artan gərginlik fonunda birgə təlimlər keçirirlər

Tokio, 14 sentyabr , /AJMEDIA/

Sentyabrın 14-də Yaponiya hərbi-dəniz qüvvələri bəyan edib ki, Hind-Sakit okean regionunda artan gərginlik fonunda Hindistan hərbi-dəniz qüvvələri ilə birlikdə təlimlər keçirir.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, sentyabrın 12-də başlayan və bir həftə davam edəcəyi gözlənilən təlimlərə Yaponiyanın “Izumo” helikopter daşıyan gəmisi və “Takanami” esminesi, Hindistanın isə “Sahyadri” freqatı və “Ranvijay” esminesi də qoşulub.
Xatırladaq ki, təlimlər ötən həftə Yaponiya və Hindistan arasında Tokioda keçirilən “2+2” formatında görüşdən sonra başlayıb. Xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə edilib. Həmin görüşdə, həmçinin yaxın vaxtlarda reaktiv təyyarələrin iştirakı ilə birgə təlimlər barədə də razılığa gəlinilib.
Təlimlərə həsr olunan mətbuat konfransında Yaponiya hərbi-dəniz qüvvələrinin qərargah rəisi, admiral Ryo Sakai bildirib ki, təlimlər azad və açıq Hind-Sakit okean regionunun reallaşmasına mühüm təkan verə bilər. Bunun üçün Yaponiya və Hindistan arasında əməkdaşlığın inkişafına çalışmaq lazımdır.
Diqqətə çatdırılıb ki, sentyabrın 17-dək davam edəcək təlimlərə Hindistan tərəfindən təyyarələr də qatılıb.
Təlimlərin ssenarisində havadan və dənizdən hücumun qarşısının alınması, həmçinin atəş təlimləri nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts