Yaponiya və ABŞ hərbçiləri birgə böyük təlimlərə başlayıblar

Tokio, 10 noyabr , /AJMEDIA/

Noyabrın 10-da Yaponiya özünümüdafiə qüvvələri ABŞ hərbçiləri ilə birlikdə “Keen Sword” təlimlərinə start veriblər.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Təlimlər zamanı əsasən yapon arxipelaqının uzaq məsafədə yerləşən adalarının müdafiəsi məsələsinin diqqət mərkəzində olacağı qeyd edilir.
Yaponiyanı təlimlərdə quru qoşunlarının, dəniz və hərbi-hava qüvvələrinin 26 min hərbçisinin təmsil edəcəyi gözlənilir. ABŞ tərəfindən isə kosmik bölmələr də daxil olmaqla 10 min hərbçinin iştirak edəcəyi diqqətə çatdırılır.
Bundan əlavə, təlimlərə Yaponiya özünümüdafiə qüvvələrinin 20 gəmisinin, 250 təyyarəsinin, ABŞ tərəfinin isə 10 gəmisinin və “Osprey” konvertoplanları da daxil olmaqla 120 hava gəmisinin qatılacağı gözlənilir.
Kaqoşima prefekturasına daxil olan Tokunoşima adalarının müdafiəsinin nəzərdə tutulduğu təlimlərə Avstraliya, Kanada və Böyük Britaniyanın dörd gəmisinin və iki təyyarəsinin qatılacağı da bildirilir.
Avstraliya, Kanada, Fransa, Hindistan, Yeni Zelandiya, Filippin, Cənubi Koreya, Böyük Britaniya və NATO-dan müşahidəçilərin də iştirak edəcəyi təlimlərin noyabrın 19-da başa çatacağı qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts