Tokio, 25 oktyabr , /AJMEDIA/
Yaponiya və Danimarka hökumətləri dekarbonizasiya məqsədilə dəniz külək enerjisi istehsalı sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksenin paytaxt Tokioya səfəri zamanı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi ilə ikitərəfli əlaqələri müzakirə edib.
Yaponiya hökumətinin bəyanatına görə, Mette Frederiksen və Nişimura Yasutoşi görüş zamanı iki ölkə arasında dənizdə külək enerjisi istehsalı sahəsində texniki əməkdaşlığı ehtiva edən anlaşma memorandumu imzalayıblar.
Bu çərçivədə dəniz külək enerjisi üçün AR-GE layihələrini təşviq edəcək Yaponiya və Danimarka akademik sahələrdə kadr mübadiləsi aparmağı hədəfləyir.
Nazir Nişimura Yasutoşi qeyd edib ki, Yaponiya dekarbonizasiya layihələrinə uyğun olaraq dəniz külək enerjisi istehsalı bazarını genişləndirəcək əməkdaşlıqları daha da gücləndirmək istəyir.
Həmçinin bildirilib ki, Yaponiya Danimarkanın Energetika Nazirliyi ilə hidrogen və ammonyak üçün dayanıqlı və sərfəli tədarük zəncirinin yaradılması üçün anlaşma memorandumu imzalayıb.