Yaponiya Ukraynaya qarşı nüvə silahından istifadə edilməsi ehtimalından narahatdır

Tokio, 22 sentyabr , /AJMEDIA/

Yaponiya hökuməti Ukraynaya qarşı nüvə silahından istifadə edilməsi ehtimalından çox narahatdır.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno sentyabrın 22-də Tokioda keçirilən mətbuat konfransında deyib.
“Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edərək bildirib ki, Rusiya öz ərazisinin bütövlüyünü və əhalisini qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır. Bununla əlaqədar biz Ukraynaya qarşı nüvə silahının tətbiq ediləcəyindən çox narahatıq. Yaponiya nüvə silahından zərər çəkmiş yeganə ölkə olaraq, Rusiya tərəfindən bu növ silahlarla təhdidi və onlardan istifadəni qəbuledilməz hesab edir”, – deyə baş katib bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts