Site icon AJMEDIA Azərbaycanca

Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırıb

Tokio, 21 mart , /AJMEDIA/

Yaponiya hökuməti Ukraynaya təmənnasız yardım şəklində 470 milyon dollar ayırmağa qərar verib.

AJMEDIA-nın məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, – deyə Nikkei qəzeti çərşənbə günü hökumət başçısından sitat gətirib.

Bundan əvvəl Kisida Ukraynaya travmatik silahların tədarükü üçün 30 milyon dollar ayrıldığını açıqlamışdı.

Exit mobile version