Yaponiya süni peyki Ayın və Yerin heyrətamiz fotolarını çəkib

Tokio, 13 mart , /AJMEDIA/

Yaponiyanın “Himawari-9” süni peyki Ayın və Yerin heyrətamiz fotolarını çəkib.
AJMEDIA xəbər verir ki, həmin süni peyk planetimizin təqribən 36 min kilometr yüksəklikdəki geostasionar orbitdən müşahidəsini aparır. Oksford Universitetinin tədqiqatçısı Saymon Praudun öz sosial şəbəkə səhifələrində paylaşdığı fotolarda Ayın sağ yuxarı diski əksini tapıb.
Qeyd edək ki, “Himawari-9” süni peyki 2016-cı ildə orbitə buraxılıb. Bu peyk hazırda geostasionar orbitdə 140° şərqi uzunluqda yerləşir ki, bu da ona Asiya-Sakit okean regionunu nəzarətdə saxlamaq imkanı yaradır. Süni peykin əsas elmi aparatı 16 kanallıq multispektral kameradan və infraqırmızı diapazondan ibarətdir.
Yaponiyanın bu süni peyki hava proseslərini izləməyə və dəqiq proqnozlar verməyə imkan yaradan meteoroloji müşahidə xüsusiyyətlərinə malikdir. Bununla yanaşı, bəzi hallarda Ay bu süni peykin müşahidə zonasına düşür. Nəticədə Yerin və onun təbii peykinin əks olunduğu maraqlı “ailəvi” fotolar alınır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts