Yaponiya raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına etirazını bildirib

Tokio, 6 yanvar, /AJMEDIA/

Yaponiya yanvarın 5-də keçirilən raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno yanvarın 6-da keçirilən ənənəvi mətbuat konfransında məlumat verib.

“Biz diplomatik kanallarla – Pekində yerləşən səfirliyimiz vasitəsilə qəti etirazımızı bildirmişik”, – deyə baş katib qeyd edib.

Xatırladaq ki, Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR-in yanvarın 5-də səsdəniti raketin sınağını keçirməsi barədə məlumat yayıb. Raketin təqribən 700 kilometr məsafəni qət edərək təyin edilmiş hədəfi vurğu qeyd olunur. Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, raket Yapon dənizinə düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts