Site icon AJMEDIA Azərbaycanca

Yaponiya peyk əleyhinə silahların sınaqdan keçirilməsindən imtina edib

Tokio, 13 sentyabr , /AJMEDIA/

ABŞ-ın ardınca Yaponiya hökuməti də peyk əleyhinə silahları sınaqdan keçirməmək qərarına gəlib.
AJMEDIA xəbər verir ki, bu barədə sentyabrın 13-də Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, müvafiq addım ABŞ-ın apreldə qəbul etdiyi analoji qərar fonunda və kosmosda məsuliyyətli davranış normalarının yaradılması zərurətinin müzakirəsini fəal şəkildə təşviq etmək məqsədilə atılıb.
Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Yaponiya hökuməti təhlükəsiz, sabit və davamlı açıq kosmosa nail olmaq üçün fəal rolunu davam etdirəcək”.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris apreldə ölkəsinin peyk əleyhinə silahları sınaqdan keçirməmək öhdəliyi götürdüyünü və digər ölkələri də onlara qoşulmağa çağırdığını bəyan edib.
ABŞ sonuncu dəfə 2008-ci ildə SM-3 zenit raketi ilə ABŞ kəşfiyyat peykini vurduğu zaman peyk əleyhinə silahı sınaqdan keçirib. Oxşar sınaqlar Çin, Rusiya və Hindistan tərəfindən də aparılıb.

Exit mobile version