Yaponiya parlamenti dini qrupların zərər vurduğu şəxslərə yardım barədə qanun layihəsini bəyənib

Tokio, 8 dekabr , /AJMEDIA/

Dekabrın 8-də Yaponiya parlamentinin aşağı palatası dini qrupların zərər vurduğu şəxslərə yardım göstərilməsi barədə qanun layihəsini bəyənib.
AJMEDIA xəbər verir ki, həmin qruplara Yaponiyada “Birlik kilsəsi” kimi tanınan və son vaxtlar cəmiyyət tərəfindən birmənalı qarşılanmayan qrup da daxildir. Qanun layihəsinin parlamentin yuxarı palatası tərəfindən dekabrın 10-da qəbul olunacağı gözlənilir.
Yeni qanuna əsasən, dini təşkilatlara izləyicilərindən mənəvi öhdəlik kimi ianə yığması qadağan edilir. Bu qanunu pozanların bir il müddətinə azadlıqdan məhrum ediləcəyi və ya 1 milyon yen (7300 dollar) məbləğində cərimə olunacağı gözlənilir.
Qanunvericiliyə əsasən, həmçinin bu təşkilatlardan tələb olunur ki, onların müraciətləri insanların azad iradəsinə və ya gündəlik həyatlarını davam etdirmək imkanlarına mənfi təsir etməsin. Qeyd edilir ki, layihə hakimiyyət orqanlarına bu cür tələbləri yerinə yetirməyən dini qurumların adlarını açıqlamaq imkanı vermək üçün yenidən işlənib.
Qanun layihəsi hakim koalisiyaya daxil olan Liberal Demokrat Partiya və Komey-to Partiaysı, həmçinin Konstitusiyalı Demokratlar Partiyası, Yaponiya İnnovasiyalar Partiyası, Xalq Naminə Demokratiya Partiyası və digər siyasi təşkilatlardan olan qanunvericilərin əksəriyyəti tərəfindən dəstəklənib.
Qanun layihəsinin əleyhinə çıxan Yaponiya Kommunist Partiyası onun izləyicilərin şikayətlərini həll edə bilməyəcəyini və kifayət qədər yardım təklif etməyəcəyini, ümumiyyətlə dəyən zərərin qarşısını ala bilməyəcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts