Yaponiya ölkəyə gəlmək istəyən əcnəbilər üçün vizaların verilməməsi barədə qadağanı fevraladək uzadıb

Tokio, 11 yanvar, /AJMEDIA/

Yaponiya hökuməti ölkəyə gəlmək istəyən əcnəbilər üçün tətbiq edilən vizaların verilməməsi barədə qadağanı cari ilin fevralınadək uzadıb.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 11-də məlumat verib.

“Biz həmin qadağanı fevral ayınadək uzadırıq”, – deyə Baş nazir əlaqədar suala cavab verərkən bildirib.

Xatırladaq ki, Yaponiyada yeni vizaların verilməməsi barədə qadağa 2020-ci ilin dekabrından qüvvəyə minib. Noyabrda bu qadağaların yumşaldılması qərara alınsa da, dünyada koronavirusun “omikron” ştamının yayılması səbəbindən hökumət əvvəlki siyasətə qayıdaraq, sərhədləri tam bağlayıb.

Hazırda Yaponiyaya yalnız bu ölkənin vətəndaşları, akkreditasiya olunmuş diplomatlar və uzunmüddətli yaşayışa icazəsi olan əcnəbilər gələ bilərlər. Bununla yanaşı, əvvəllər verilmiş uzunmüddətli vizaların vaxtını da uzatmaq lazımdır. Yalnız humanitar məqsədlərlə xüsusi hallarda yeni vizaların verilməsinə icazə var. Həmçinin xaricdən gələn bütün şəxslər ciddi karantin qaydalarına əməl etməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts